ABŞ-lı aktyor Donald Gibb 72 yaşında dünyasını dəyişib.
Oğlunun verdiyi məlumata görə, sənətçi uzun sürən xəstəliklə mübarizədən sonra həyata gözlərini yumub.
Gibb ən çox "Qanlı idman" filmindəki "Rey Cekson" rolu ilə tanınırdı.
O, 70-dən çox filmdə çəkilib, o cümlədən "Henkok", "Skeytbordçular", "Məxfi materiallar", "Kvant sıçrayışı" kimi məşhur layihələrdə rol alıb.












