UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" matçlarının hakim təyinatları açıqlanıb.
İyulun 9-da Bakıda keçiriləcək ilk oyunu moldovalı FIFA referisi Roman Jitari idarə edəcək. Ona Vlad Lifçu və Vadim Vikol kömək edəcək. Dördüncü hakim Andrey Brequta, VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam olacaq.
Cavab görüşü İslandiyada çexiyalı referi Marek Radina tərəfindən idarə olunacaq. Yan xətt hakimləri Kamil Hayek və Petr Kotalik, dördüncü hakim Daniel Vokoun, VAR hakimi Tomaş Koçurek, AVAR isə Andrey Berka olacaq.
Bakıdakı oyun iyulun 9-u saat 20:00-da, İslandiyadakı cavab matçı isə iyulun 16-dan 17-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.












