Qızılın dünya bazarındakı qiyməti azalmağa davam edir.
COMEX birjasının məlumatlarına görə, 2026-cı ilin avqust ayı üzrə qızıl füçerslərinin dəyəri bir Trua unsiyası üçün 4 100 ABŞ dollarından aşağı düşüb. Bu, noyabrın 24-dən bəri ilk belə haldır.
Bakı vaxtı ilə saat 00:11-ə olan məlumata əsasən, qızılın qiyməti 4.53% azalaraq bir unsiya üçün 4 092.3 dollar təşkil edib.
Xatırladaq ki, bundan əvvəl COMEX birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl füçerslərinin qiyməti bir Trua unsiyası üçün 4 200 dollardan aşağı enərək 2026-cı il martın 23-dən bəri ən aşağı səviyyəni göstərmişdi.












