Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi zireh hazırlayıb.
Bu addım Avstriya və Almaniyada canavar hücumlarının artması ilə bağlıdır.
İxtira üç ilə hazırlanıb. Üzərində tikanlı çıxıntılar olan yüngül plastik tor qoyunların hərəkətinə mane olmur.
Canavar ağrı hiss edib təkrar hücum etməyəcək.












