Bond.az White LogoBond.az Black Logo

Reks H. ömürlük həbs cəzası aldı

Nyu-Yorkda səkkiz qadını öldürən manyak Reks H. ömürlük həbs cəzası aldı. Gilgo Beach qətlləri ilə bağlı son xəbərlər.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Nyu-York ştatında XXI əsrin ən səs-küylü cinayət işlərindən biri yekunlaşıb. Səkkiz qadını qətlə yetirməkdə təqsirləndirilən 62 yaşlı manyak Reks H. şərti azadlığa çıxmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Lonq-Aylendin Riverhed qəsəbəsindəki məhkəmədə hakim Timoti Mazzei elan edib.

İki uşaq atası və uğurlu memar olan Reks H. onilliklər boyu qorxunc bir ikili həyat sürüb. Həyat yoldaşı şəhərdə olmadıqda o, qadınları qaçıraraq işgəncə verir və boğaraq öldürürdü. Qatil qurbanlarının cəsədlərini Lonq-Aylend sahillərinə atırdı.

Qeyd edək ki, "Qilqo-Biç qətlləri" kimi tanınan bu hadisələr 2010-cu ildə Lonq-Aylendin cənub sahilində 11 nəfərin - doqquz qadın, bir kişi və bir uşağın cəsədlərinin tapılmasından sonra bütün ABŞ-ni sarsıtmışdı. Sonradan bu qanlı hadisələr 2020-ci ildə ekranlara çıxan "İtkin qızlar" (Lost Girls) bədii filminin süjet xəttinin əsasını təşkil edib.

İstintaq orqanları on ildən çox müddət ərzində manyakın izinə düşə bilməmişdilər. Cinayət işində əsas dönüş nöqtəsi 2023-cü ilin iyulunda memarın Manhettendəki ofisinin yaxınlığında həbs edilməsi oldu. Şübhəlinin kimliyini müəyyənləşdirmək üçün bir neçə vacib ipucu kömək edib: qurbanlardan birinin itkin düşməsinin şahidləri qatilin avtomobilini görmüşdülər, həmçinin müasir DNT analizi sayəsində cəsədlərdə tapılan saç telləri təqsirləndirilən şəxsin genetik profili ilə uyğunlaşdırılmışdı.

Əvvəlcə günahsız olduğunu iddia edən cinayətkar, sonda təkzibolunmaz sübutlar qarşısında təslim olub. 2026-cı ilin aprelində o, 1993-2010-cu illər aralığında törədilmiş yeddi qətldə günahını tam etiraf edib, həmçinin əvvəllər əlaqəsi sübuta yetirilməmiş səkkizinci qurbanın da məsuliyyətini öz üzərinə götürüb.

Digər Xəbərlər
Bu gün / 03:01
|
528

Robin Hudun sığındığı 1000 yaşlı palıd qurudu

Şervud meşəsindəki 1000 yaşlı Mayor palıdı qurudu. Robin Hudun sığındığı ağac iqlim dəyişikliyinə tab gətirə bilmədi.

0
Bu gün / 03:00
|
664

Safari faciəsi: Kanada vətəndaşı öldü

Cənubi Afrikada safari zamanı bələdçinin səhvən atəş açması nəticəsində 69 yaşlı Kanada vətəndaşı həlak oldu

0
Bu gün / 02:01
|
336

Quş qripi Avstraliya adalarında 13 min dəniz filini öldürdü

Avstraliyanın Herd və Makdonald adalarında H5N1 quş qripi epidemiyası nəticəsində 13 mindən çox dəniz fili balası tələf olub.

0
Bu gün / 01:30
|
682

Süngər yoxsa əl? Dəri sağlamlığı

Dermatoloqlar duşda süngər əvəzinə əl ilə sabunlanmağı tövsiyə edir. Dəri problemlərindən qorunmağın ən təhlükəsiz yolu.

0
Dünən / 23:01
|
653

M83 qalaktikasında kosmik atəşfəşanlıq

NASA Çandra rəsədxanası M83 qalaktikasında fövqəlnova qalıqlarında qeyri-adi rentgen dalğalanmaları aşkarladı. Kosmik atəşfəşanlığın səbəbləri araşdırılır.

0
Dünən / 22:01
|
972

İngiltərədə uşaq timsah qəfəsinə atıldı

İngiltərədə üçyaşlı uşaq timsahların olduğu qəfəsə atılıb, ağır yaralanıb. Polis şübhəlini saxlayıb.

0
Dünən / 20:31
|
563

Makron: İran-ABŞ gərginliyi davam edir

Fransa Prezidenti Emmanuel Makron İran-ABŞ gərginliyinin davam etdiyini bildirib. Memorandum imzalansa da, münaqişə tam həll olunmayıb.

0
Dünən / 20:31
|
514

İran Hörmüz boğazını 60 gün pulsuz etdi

İran Hörmüz boğazından gəmi keçidlərini 60 gün müddətinə pulsuz elan etdi. ABŞ ilə memorandum çərçivəsində minalar təmizlənəcək.

0
Dünən / 19:31
|
474

Müctəba Xamenei İran xalqına müraciət etdi

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına icazə verdi və xalqa müraciət etdi.

0
Dünən / 18:01
|
601

ABŞ İran dəniz blokadasını dayandırdı

ABŞ İran dəniz blokadasını dayandırdı. CENTCOM məlumatına görə, Fars körfəzində gəmi tranziti bərpa olunub. Təfərrüatlar məqalədə.

0
Dünən / 18:00
|
692

ABŞ-İran sazişinin imzalanma tarixi açıqlandı

ABŞ vitse-prezidenti Cey Di Vens ABŞ-İran arasında 14 bəndlik memorandumun İsveçrədə həftəsonu imzalanacağını açıqladı.

0
Dünən / 17:01
|
299

Co Baydenin oğlu işə başladı

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Cənubi Kaliforniyadakı narkoloji reabilitasiya mərkəzində işə başladı.

0
...