Rembrandtın "Qoyun uşaqlar yanıma gəlsinlər" əsərinin bərpası zamanı maraqlı kəşflər edilib. Əsrlər boyu gizli qalan detallar üzə çıxıb.
Tədqiqatçılar sonradan əlavə edilən boya qatlarını təmizləyərək mərkəzi personajlardan birinin əvvəlcə əmmamə ilə təsvir olunduğunu aşkar ediblər. Sonrakı dövrdə bu baş geyimi ənənəvi Niderland örtüyü ilə əvəz edilib.
"Sotheby's" hərrac evi bildirir ki, dəyişikliklər əsəri XVIII əsrin estetik zövqünə uyğunlaşdırmaq məqsədi daşıyıb. Bərpadan sonra tablo Rembrandtın ilkin ideyasına yaxınlaşıb.
Ekspertlər əsərin 1620-ci illərin Leyden şəhərinin sosial mühitini əks etdirdiyini deyirlər. Tablo iyunun 27-də Londonda nümayiş olunacaq və iyulda hərraca çıxarılacaq. Qiyməti 8-12 milyon funt sterlinq arası gözlənilir.












