Rusiyalı mütəxəssis Mixail Poluektov TASS-a müsahibəsində bildirib ki, qadınlar tez-tez rəngarəng yuxular, kişilər isə ağ-qara yuxular görürlər.
Tədqiqatlara əsasən, yuxulardakı rəng amili şəxsiyyət xüsusiyyətləri ilə əlaqəlidir. Xarici atributlara, geyimə və rənglərə diqqət edənlər yuxularında da eyni detalları görürlər.
Poluektov qeyd edib: "Normal iş mühitində xarici atributlara daha çox diqqət yetirən insanlar yuxularında da eyni şeylərə diqqət edirlər. Bu insanlar əsasən qadınlardır. Sübut olunub ki, qadınlar kişilərdən daha çox rəngarəng yuxular görür".












