Bond.az White LogoBond.az Black Logo

Robot-canavarlar: Yaponiyada ayı hücumlarına qarşı satış rekordu

Yaponiyada ayı hücumları rekord səviyyəyə çatdıqca robot-canavar satışları sürətlə artır. Monster Wolf robotları fermerlər və kənd sakinləri tərəfindən tələb olunur.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Yaponiyanın "Ohta Seiki" şirkəti, ölkədə ayı hücumlarının rekord həddə çatması fonunda "Monster Wolf" adlı robot-canavarlara tələbatın kəskin artdığını bildirir.

Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Şirkət rəhbəri Yuci Ota, ilin əvvəlindən bəri "Monster Wolf" üçün təxminən 50 sifariş alındığını qeyd edir. Halbuki belə satış həcmi adətən bütün bir il ərzində qeydə alınırdı.

Robot-canavara marağın artması vəhşi ayıların hücumlarının çoxalması ilə üst-üstə düşüb. 2025-2026-cı illərdə ölkədə ayıların 13 ölümcül hücumu qeydə alınıb. Bundan əlavə, təhlükəli heyvanların görünməsi ilə bağlı məlumatların sayı 50 mini ötüb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.

Ayılar mütəmadi olaraq yaşayış evləri, məktəblər, mağazalar və isti bulaqların yaxınlığında müşahidə olunur. Bu fonunda hakimiyyət orqanları ayıların ovlanmasını əhəmiyyətli dərəcədə artırıblar. İl ərzində 14.6 mindən çox ayı məhv edilib ki, bu da əvvəlki illə müqayisədə təxminən üç dəfə çoxdur.

"Monster Wolf" - yırtıcı görünüşlü avtomatik qorxuducu qurğudur. Cihaz süni xəz, qırmızı işıldayan gözlər, hərəkət sensorları və təxminən 50 müxtəlif səs yayan dinamiklərlə təchiz olunub. Bu siqnallar bir kilometrədək məsafədən eşidilir.

Qeyd edək ki, "Monster Wolf" 2016-cı ildə kənd təsərrüfatı sahələrini maral, qaban və ayılardan qorumaq üçün hazırlanıb. O zaman layihə qeyri-adi bir eksperiment kimi qəbul edilsə də, hazırda şirkətin əsas müştəriləri fermerlər, qolf-klub sahibləri və kənd ərazilərində yaşayan sakinlərdir.

Digər Xəbərlər
Bu gün / 04:01
|
921

Yayda saç yuma səhvi

Yay aylarında saç baxımında ən böyük səhv nədir? Mütəxəssis izah edir: saç yuma tezliyi baş dərisi tipinə görə dəyişir.

0
Bu gün / 03:31
|
813

Milyardlarla illik kometa Günəşdə yandı

Milyardlarla illik naməlum kometa Günəşdə yanaraq məhv oldu. Detallar Bond.az-da.

0
Bu gün / 03:00
|
978

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan öldü

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq öldü. Həkimlər xəbərdarlıq edir: hər təmasda profilaktik tədbir görün.

0
Bu gün / 02:30
|
460

İqlim dəyişikliyi flaminqolara təsir etdi

İqlim dəyişikliyi Keniyada flaminqoların rəngini solğunlaşdırır və onların sayını azaldır.

0
Bu gün / 02:00
|
585

Buzlu içki təhlükəsi: Gigiyena qaydalarına diqqət

Buzlu içkilər bağırsaq infeksiyası mənbəyi ola bilər. Gigiyena qaydalarına diqqət edin. Təhlükəsiz buz şəffaf olur.

0
Bu gün / 01:01
|
343

Baffet Qeytsə ianəni kəsdi: 20 illik ənənə sona çatdı

Uorren Baffet Bill Qeytsin fonduna ianəni dayandırdı. 20 illik ənənə pozuldu. Səbəb Epşteyn işi ilə əlaqəli araşdırmalardır.

0
Bu gün / 00:01
|
963

Asteroid 2024 YR4 Yerlə toqquşa bilər

Rusiyalı alim Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Ehtimal 0.0017% təşkil edir.

0
Dünən / 23:30
|
910

Dünyanın ən qəribə smartfonları

BGR jurnalistləri bazara çıxarılmış ən qəribə smartfon modellərini siyahıya alıb. LG Wing, BlackBerry Passport, Amazon Fire Phone və daha çoxu.

0
Dünən / 23:00
|
476

Fransada onlayn mağazalara yeni qadağalar

Fransa ifrat sürətli dəbə qarşı yeni qanun qəbul etdi. Shein, Temu və AliExpress kimi platformalara sərt qadağalar tətbiq olunur.

0
Dünən / 22:30
|
600

Rusiyada erməniəsilli bloqerə cərimə

Rusiyada erməniəsilli bloqer Arsen Markaryan nifrət və düşmənçiliyə görə cərimələndi. O, rusları heyvanlarla müqayisə edən video yayımlamışdı.

0
Dünən / 22:02
|
570

Ferrari və BMW misdən alüminiuma keçir

Ferrari və BMW elektrik naqillərində misdən alüminiuma keçir. Bu addım istehsal xərclərini azaldır və avtomobilləri yüngülləşdirir.

0
Dünən / 22:01
|
803

İsti hava telefonu sıradan çıxara bilər

İsti hava smartfonunuzu sıradan çıxara bilər. Qızma əlamətlərini tanıyın və cihazınızı qorumaq üçün tədbirlər alın.

0
...