Rusiya Keyfiyyət Sistemi (Roskaçestvo) rəhbəri Maksim Protasov bildirib ki, əgər istehlakçılar arasında Ermənistanda istehsal olunan məhsullara maraq yaranarsa, kütləvi yoxlamalar keçiriləcək.
Bu barədə o, TASS-a açıqlamasında deyib. Protasov qeyd edib ki, yoxlamalar məhsulun mənşə ölkəsinə görə deyil, istehlakçı marağına əsasən aparılır.
Xatırladaq ki, mayın 30-dan etibarən Rosselxoznadzor Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalını məhdudlaşdırıb. İyunun 2-dən isə gilas, albalı, ərik, şaftalı, gavalı, nektarin və üzümə də məhdudiyyət tətbiq edilib.












