Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat "RBK-Ukrayna"ya bildirib ki, raket Kapustin Yar poliqonundan buraxılıb. O, Bila Tserkva rayonuna düşüb.
Mayın 24-nə keçən gecə Rusiya Kiyevə və Kiyev vilayətinə ballistik raketlər və PUA-larla hücum edib. Raket qalıqları paytaxtın bir neçə rayonuna düşüb, dağıntılar, yaralılar və həlak olanlar var. Kiyev vilayətində də xəsarət alanlar və dağıntılar qeydə alınıb.












