Rusiyanın Birinci Apellyasiya Məhkəməsi erməniəsilli bloqer Arsen Markaryanın 4.5 illik həbs cəzasını qanuni hesab edib. Bu barədə TASS məlumat yayıb.
Markaryan mart ayında Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsi (nasizmin reabilitasiyası) ilə məhkum edilmişdi. O, Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosovu təhqir etməkdə və nasizm ideologiyasını müdafiə edən video yerləşdirməkdə günahlandırılıb.
Moskva Şəhər Məhkəməsi ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Bloqer təqsirini etiraf edib. 2025-ci il avqustun 23-də istintaq qrupu onu Moskva regionunda saxlayıb.












