Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvadakı məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, səfir yenidən öz vəzifələrini icra etməyə başlayıb.
Xatırladaq ki, Kopırkin mayın sonlarında Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması səbəbindən Moskvaya çağırılmışdı.












