Rusiyanın Primorye diyarında köpəkbalıqlarının çimərliklərə yaxınlaşması sakinləri narahat edir.
"Shot" Telegram kanalının məlumatına görə, yırtıcılar Triozyerye körfəzində aşkarlanıb. Turistlər arasında məşhur olan bu çimərlikdə ən azı iki köpəkbalığı görülüb.
Yerli sakinlər qeyd edir ki, köpəkbalıqları ilk dəfədir sahilə bu qədər yaxın üzür. Onlar hələlik çimərlik mövsümünün bağlanmasını düşünməsələr də, təhlükədən çəkinirlər.
Mütəxəssislər bildirir ki, suyun temperaturunun artması və tuna balığının çoxalması köpəkbalıqlarını sahilə çəkir. 2026-cı ilin yayında bu fəallıq daha da artıb.












