Bond.az White LogoBond.az Black Logo

Rusiyada qasırğa və tornado: Xəsarət alanlar var

Rusiyada qasırğa və tornado nəticəsində 16 nəfər xəsarət alıb, 32 ev dağılıb. Sverdlovsk vilayətində fövqəladə vəziyyət elan edilib.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Rusiyanın Sverdlovsk vilayətində baş verən qasırğa nəticəsində 16 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Regionda təhlükəli hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Saat 06:00-a (Bakı vaxtı ilə 05:00) olan məlumata görə, 16 nəfər tibbi yardım üçün müraciət edib", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Məlumata əsasən, 32 fərdi yaşayış evi tamamilə dağılıb. Ərazidə 50 nəfər üçün nəzərdə tutulmuş müvəqqəti yerləşdirmə məntəqəsi qurulub. Bundan əlavə, 99 yaşayış evinin, 25 avtomobilin və 15 elektrik xəttinin zədələndiyi qeyd olunur.

Xatırladaq ki, 22 iyun 2026-cı il tarixində Sverdlovsk vilayətində tornado baş verib. Təbii fəlakət Nijni Tagil - Kuşva trayektoriyası üzrə hərəkət edib. Tornado özündən sonra dağıdıcı fəsadlar qoyub: elektrik xətləri qırılıb, ağaclar aşıb. Minlərlə insan işıqsız qalıb.

Həmçinin, tornadonun Kuşva şəhərinin infrastrukturuna ziyan vurduğu da bildirilirdi. Sverdlovsk vilayətinin Kuşva şəhərində baş verən güclü küləkdən sonra yerli hakimiyyət orqanları tərəfindən fövqəladə hal elan edilib.

Digər Xəbərlər
Bu gün / 08:00
|
961

ABŞ-də kitabxanada atışma: 2 ölü

ABŞ-nin Kaliforniya ştatında kitabxanada atışma: iki nəfər həlak oldu, şübhəli saxlanıldı. Hadisə Çiko şəhərində baş verib.

0
Bu gün / 06:00
|
982

Tramp milli maraqlara uyğun sənədlər imzalayacaq

Prezident Donald Tramp yalnız Amerika maraqlarına xidmət edən sənədləri imzalayacaq. Ağ Evdən açıqlama.

0
Bu gün / 05:31
|
836

ABŞ Kəşfiyyatında kütləvi ixtisarlar

ABŞ Milli Kəşfiyyatında Bill Pultinin rəhbərliyi ilə kütləvi ixtisarlar başladı. CNN mənbələrinə görə, 'dərin dövlət' üzvləri işdən çıxarılır.

0
Bu gün / 05:02
|
280

Nanoipək: 95% günəş işığını əks etdirir

Çinli alimlər günəş işığının 95%-ni əks etdirən və bədən istiliyini 4,3°C aşağı salan nanoipək toxuması hazırlayıb. Nanotexnologiya ilə soyuducu geyim.

0
Bu gün / 05:01
|
528

İran-ABŞ danışıqları: dörd işçi qrupu yaradıldı

İran-ABŞ danışıqları nəticəsində dörd işçi qrupu yaradıldı. Sanksiyalar, nüvə məsələləri, iqtisadi inkişaf və monitorinq üzrə qruplar fəaliyyət göstərəcək.

0
Bu gün / 03:32
|
285

Alman dilini bilməyənlərə çimərlik qadağası

Almaniyanın Halle şəhərində alman dilini bilməyənlərə çimərlik qadağası qoyulub. Təhlükəsizlik səbəbindən qəbul edilən qərar tənqid olunsa da, ləğv edilmir.

0
Bu gün / 03:01
|
868

Çin zooparkında uzunqulağı zebraya çevirdilər

Çin zooparkında uzunqulaq zebra kimi boyandı, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Park rəsmiləri bunun zarafat olduğunu bildirir.

0
Bu gün / 02:31
|
692

Qan təzyiqini salmağın qeyri-adi üsulu

Çuğundur, ispanaq və kələm yedikdən sonra saqqız çeynəmək qan təzyiqini aşağı sala bilər. Nutrisioloq tövsiyələri.

0
Bu gün / 00:01
|
217

"Böyük bacı" icarəsi: Yeni Çin xidməti

Çində 30-40 yaşlı qadınlar gənc qızlara "böyük bacı" kimi yoldaşlıq və məsləhət xidməti təklif edir.

0
Dünən / 23:30
|
869

El-Ninyo aclıq təhlükəsi yaradır

Alimlər El-Ninyo iqlim hadisəsinin qayıdışı ilə bağlı xəbərdarlıq edir: ərzaq təhlükəsizliyi və sağlamlıq təhlükə altındadır.

0
Dünən / 22:00
|
528

Tramp: Nüvə silahı böhrandan təhlükəlidir

Donald Tramp nüvə silahının iqtisadi böhrandan daha təhlükəli olduğunu və İranla razılaşma pozularsa əlavə tədbirlər görəcəyini bildirib.

0
Dünən / 21:32
|
921

Alyaskada ABŞ hərbi helikopteri qəzaya uğradı

ABŞ Sahil Mühafizəsinə məxsus MH-60 Jayhawk helikopteri Alyaskada qəzaya uğradı. Axtarış-xilasetmə əməliyyatı davam edir.

0
...