Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəməyə fərqli imicdə gəlib. O, yeni saç düzümü və vışivanka üslublu köynəklə diqqət çəkib.
Gürcüstan KİV-in məlumatına görə, Saakaşvilinin bu görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lakin dinləmənin hansı iş üzrə olduğu açıqlanmayıb.
Saakaşvili 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik edib. O, 2021-ci ildə Gürcüstana qayıdaraq həbs olunub və aclıq aksiyası keçirib.












