Bond.az White LogoBond.az Black Logo

Sandu Dodonun qərarını ləğv etdi

Maya Sandu, İqor Dodonun ləğv etdiyi qərarı dəyişərək Trayan Beseskuya Moldova vətəndaşlığını qaytardı.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Moldova Prezidenti Maya Sandu, Rumıniyanın keçmiş prezidenti Trayan Beseskuya respublika vətəndaşlığını qaytarıb.

Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının imzaladığı fərmanda qeyd olunub.

Trayan Besesku Moldova vətəndaşlığını ilk dəfə 2016-cı ildə alıb. Lakin bir il sonra həmin dövrdə respublikanın prezidenti olan İqor Dodon bu qərarı ləğv edib.

Moldova Prezidenti Administrasiyasının saytında yayımlanan məlumatda bildirilir ki, Trayan Besesku ölkənin kimliyinin, rumın dilinin qorunması və sovet keçmişindən uzaqlaşaraq Avropa gələcəyinə doğru irəliləməsi uğrunda aparılan mübarizəni yaxşı anlayır.

Maya Sandu qeyd edib ki, bu qərar "cənab Beseskuya qarşı edilmiş ədalətsizliyi aradan qaldırmaq" məqsədilə qəbul olunub.

Trayan Besesku və həyat yoldaşı Mariya Besesku 2016-cı ilin iyununda Moldova prezidenti Nikolay Timoftinin qərarı ilə vətəndaşlıq alıblar. Qanunvericiliyə əsasən, vətəndaşlıq müraciətlərinə baxılması bir il çəkə bilər, lakin keçmiş Rumıniya prezidentinin müraciətinə prioritet qaydada baxılıb.

İqor Dodon prezident vəzifəsinə başladıqdan sonra administrasiya bəyan etmişdi ki, "terrorizm, dövlət təhlükəsizliyinin pozulması, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatına qarşı fəaliyyətlərdə iştirak edən şəxslərə" vətəndaşlıq verilə bilməz. Bununla belə, Mariya Beseskunun vətəndaşlığı ləğv edilməyib.

Qeyd edək ki, Trayan Besesku 2004-2014-cü illərdə Rumıniya prezidenti vəzifəsini icra edib.

Digər Xəbərlər
Bu gün / 18:02
|
638

Ukraynada mer rüşvətə görə həbs edildi

Ukraynada bir şəhər meri 35 min dollar rüşvət alarkən yaxalanıb. Kiliya meri Çernyavski həbs edilib, 12 il həbs cəzası gözləyir.

0
Bu gün / 18:01
|
847

Trampın tibbi müayinəsi: bütün göstəricilər ideal

ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçib və sağlamlıq göstəricilərinin ideal olduğunu bildirib. Son 13 ayda üçüncü yoxlanış.

0
Bu gün / 17:34
|
628

Trampın Əliyevə təbrik məktubu "Haber Global"da

"Haber Global" ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu reportajında işıqlandırıb.

0
Bu gün / 17:33
|
464

İranda keçmiş MMA çempionu edam edildi

İranda keçmiş MMA çempionu Qolamreza Hani Şekarab casusluq ittihamı ilə edam edildi. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 17:32
|
203

TRIPP layihəsinin mətni razılaşdırıldı

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişinin mətnini razılaşdırıb. Paşinyan bildirib ki, sənəd yekun imzalanmaya hazırdır.

0
Bu gün / 16:32
|
996

İranda internet qadağası bitir

İran internet qadağasını bitirir. 80 gündən sonra internet bərpa olunur. Prezident Pezeşkian göstəriş verdi.

0
Bu gün / 16:04
|
205

Oman sahillərində tanker hücuma məruz qaldı

Oman sahillərində tanker atəşə tutulub, yanacaq dənizə axıb. Hadisə Maskat yaxınlığında baş verib, ekipaj təhlükəsizdir.

0
Bu gün / 15:33
|
482

Çində güclü yağışlar: Körpü çökdü, avtomobil çaya düşdü

Çinin Hubey əyalətində güclü yağışlar daşqına səbəb oldu, körpü çökdü və avtomobil çaya düşdü. Sürücü və sərnişinlər xilas oldu.

0
Bu gün / 14:33
|
613

Çində video oyun maqnatını zəhərləyən edam edildi

Çində Yoozoo Games şirkətinin keçmiş top-meneceri Syuy Yao, oyun maqnatı Lin Tsini zəhərlədiyi üçün edam edilib.

0
Bu gün / 14:02
|
845

İsrail Hizbullahın 100 obyektini vurdu

İsrail Müdafiə Qüvvələri (SAXAL) Bekaa vadisi və Livanın cənubunda Hizbullahın 100-dən çox infrastruktur obyektinə zərbə endirib. Silah anbarları, komanda mərkəzləri vuruldu.

0
Bu gün / 13:35
|
744

Seulda estakada çökdü: 3 ölü, 3 yaralı

Seulda köhnə estakadanın çökməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Prezident araşdırma əmr edib.

0
Bu gün / 13:31
|
348

Kuleba Kiyevi tərk edin dedi

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Kiyev sakinlərinə şəhəri tərk etməyi tövsiyə edib, paytaxtda dağıntılar olacağını bildirib.

0
...
Sandu Dodonun qərarını ləğv etdi | Bond.az