İspaniyanın 2004-2011-ci illərdə baş naziri olmuş Xose Luis Rodriges Sapatero barəsində vergi cinayətləri və qaçaqmalçılıq şübhəsi ilə istintaq aparılır. Səbəb onun iş otağında dəyəri 1.3 milyon avronu aşan qiymətli zinət əşyalarının aşkar edilməsidir.
Bu barədə ölkənin Milli Məhkəmə Kollegiyası məlumat yayıb. Məlumata görə, "Plus Ultra" aviaşirkətinə maliyyə dəstəyi ilə bağlı iş üzrə ayrıca istintaq icraatı açılıb.
Mayın 19-da keçmiş hökumət rəhbərinin ofisində axtarış aparılıb və seyfdən müxtəlif zərgərlik məmulatları götürülüb. Mənşəyi məlum olmayan zinət əşyaları Sapateronun qaçaqmalçılıq və vergi cinayətlərində mümkün iştirakını araşdırmaq məqsədi daşıyır.
Daha əvvəl Sapatero vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə iyunun 17-18-də ifadə vermək üçün məhkəməyə çağırılmışdı. Araşdırma pandemiya dövründə "Plus Ultra" şirkətinə ayrılmış 53 milyon avronun təyinatı üzrə xərclənməməsi ehtimalı ilə bağlıdır.












