Türkiyəli seysmoloq Naci Görür, İstanbul bölgəsində güclü zəlzələ ehtimalının 48% olduğunu bildirib.
Alim, Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmaları xatırladıb. İlk tədqiqatlar yaxın 30 ildə riski 60% göstərsə də, yeni məlumatlar bu rəqəmi 48%-ə endirib.
Görür vurğulayıb ki, təhlükə hələ də yüksəkdir, lakin dəqiq tarixi proqnozlaşdırmaq mümkün deyil. Seysmoloqlar dəfələrlə xəbərdarlıq edib: 7+ maqnitudalı zəlzələdə 90 min ev uçacaq, 260 min ev yararsız hala düşəcək.
Son oxşar fəlakət 1999-cu ilin avqustunda baş verib.












