Avtomobillərə şin montajı zamanı ciddi səhvlər baş verə bilər. Məsələn, yeni şinləri zədələnmiş disklərə quraşdırmaq təhlükəlidir.
Rusiyalı avtoekspert Aleksandr Parxomçuk "Gazeta.ru" nəşrinə bildirib ki, səhv montaj təkərlərin ömrünü qısaldır və qəza riskini artırır.
Ekspert əsas səhvləri sadalayıb:
- Ölçü uyğunsuzluğu: Şin və disk ölçüləri uyğun olmalıdır.
- Disk yoxlanışı: Çat, korroziya və əziklər yoxlanılmalıdır.
- Təmizlik: Disklər köhnə yapışqan və hermetik qalıqlardan təmizlənməlidir.
- Balans: Şinlər düzgün balanslanmalıdır.












