Gürcüstan hökuməti Tbilisidə Stalinə məxsus 40 000 nadir fransız və gürcü şərabını ictimaiyyətə açıb. Bir hissəsi hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, "Reuters" məlumat yayıb. Kolleksiya yarıqaranlıq zirzəmidə saxlanılır, bəzi şüşələr XIX əsrin əvvəllərinə aiddir.
Gəlir şərabçılıq məktəbinə yönəldiləcək. Layihə "Gilauri Wines" şirkətinin sahibi İrakli Qilauri tərəfindən hazırlanıb.
Stalin şərab həvəskarı olub. Kolleksiyada II Nikolay və III Aleksandr üçün məxsus şərablar da var.












