Bond.az White LogoBond.az Black Logo

Stounhencin 500 il qədim prototipi tapıldı

Stounhencin 500 il daha qədim prototipi İngiltərədə aşkarlanıb. Taxta sütunlardan ibarət bu qədim qurğunun sirləri haqqında oxuyun.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

İngiltərənin cənubunda, Stounhencdən bir neçə kilometr aralıda onun "prototipi" hesab edilən qədim arxeoloji qurğu aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb. Tikili bir-birindən 120 metr məsafədə yerləşən iki taxta sütundan ibarətdir. Həmin sütunlar yay gündönümü zamanı günəşin doğduğu istiqamətə yönəlib.

Tədqiqatçıların fikrincə, bu abidənin inşası Stounhencdən təqribən beş əsr əvvələ təsadüf edir. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Stounhenc kompleksi Solzberi düzənliyində beş min il əvvəl mərhələli şəkildə inşa olunmağa başlayıb.

Məşhur daş dairənin özü isə e.ə. 2500-cü ildə ucaldılıb. Abidənin hansı məqsədlə tikildiyi hələ də mübahisə mövzusudur. Ən geniş yayılmış versiyaya görə, Stounhenc günəşin hərəkətinə yönəlmiş məbəd olub və yay-qış gündönümü hadisələri ilə dəqiq uyğunlaşır.

"English Heritage" təşkilatı bildirib ki, Stounhencin təyinatı ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi mütəxəssislər buranı qədim kralların tacqoyma yeri, druidlərin məbədi, yaxud tutulmaları və günəş hadisələrini proqnozlaşdıran astronomik "kompüter" hesab edirlər.

Digər Xəbərlər
Bu gün / 08:30
|
818

Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi

Kamçatkada güclü zəlzələlər baş verdi. Sunami təhlükəsi var. Sakinlərə xəbərdarlıq edilib.

0
Bu gün / 08:00
|
900

Tramp özünə "Şərəf" medalı istəyir

ABŞ Prezidenti Donald Tramp özünə "Şərəf" medalı vermək istədiyini, lakin buna layiq olmadığını etiraf edib.

0
Bu gün / 07:30
|
548

Brüssel qərarı: Aİ Ukrayna münaqişəsində rolunu artırır

Aİ Ukrayna münaqişəsinin həllində rolunu artırmaq qərarına gəlib. Brüssel sammitinin nəticələri və Avropanın gələcək mövqeyi haqqında ətraflı.

0
Bu gün / 06:02
|
307

Tokioda məktəb yanğını: 10 nəfər xəsarət alıb

Tokioda məktəb yanğını: 8 şagird və 2 müəllim xəsarət alıb. Yanğın dördüncü mərtəbədə başlayıb, 65-dən çox yanğınsöndürən cəlb olunub.

0
Bu gün / 05:31
|
357

Pentaqon 80 milyard dollar tələb edir

Pentaqon İrana qarşı əməliyyatlar üçün Konqresdən 80 milyard dollar əlavə vəsait istəyir. Büdcə kəsintisi təhlükəsi.

0
Bu gün / 05:00
|
953

ABŞ Sakit okeanda kateri məhv etdi: ölənlər var

ABŞ hərbçiləri Sakit okeanda narkotik alverçilərinin katerinə zərbə endirib. Üç narkotik taciri məhv edilib. Ətraflı oxu.

0
Bu gün / 04:30
|
268

ABŞ-İran İsveçrə görüşü təxirə salındı

ABŞ və İran arasında İsveçrədə planlaşdırılan görüş təxirə salınıb. Səbəb kimi Livandakı gərginlik göstərilir.

0
Bu gün / 04:00
|
927

ABŞ-də ölümcül parazit yayılır: Alimlər həyəcan təbili çalırlar

ABŞ-də ölümcül Echinococcus multilocularis paraziti sürətlə yayılır. Simptomlar, yoluxma yolları və qorunma üsulları haqqında məlumat.

0
Bu gün / 03:01
|
528

Robin Hudun sığındığı 1000 yaşlı palıd qurudu

Şervud meşəsindəki 1000 yaşlı Mayor palıdı qurudu. Robin Hudun sığındığı ağac iqlim dəyişikliyinə tab gətirə bilmədi.

0
Bu gün / 03:00
|
664

Safari faciəsi: Kanada vətəndaşı öldü

Cənubi Afrikada safari zamanı bələdçinin səhvən atəş açması nəticəsində 69 yaşlı Kanada vətəndaşı həlak oldu

0
Bu gün / 02:01
|
336

Quş qripi Avstraliya adalarında 13 min dəniz filini öldürdü

Avstraliyanın Herd və Makdonald adalarında H5N1 quş qripi epidemiyası nəticəsində 13 mindən çox dəniz fili balası tələf olub.

0
Bu gün / 01:30
|
682

Süngər yoxsa əl? Dəri sağlamlığı

Dermatoloqlar duşda süngər əvəzinə əl ilə sabunlanmağı tövsiyə edir. Dəri problemlərindən qorunmağın ən təhlükəsiz yolu.

0
...
Stounhencin 500 il qədim prototipi tapıldı | Bond.az