Duş qəbul edərkən süngər istifadəsi dəriyə zərər verə bilər. Dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost"-a bildiriblər ki, süngərlər nəm qaldıqda bakteriya mənbəyinə çevrilir.
Həkimlər ekzema, psoriaz və həssas dərisi olan xəstələrə əl ilə yuyunmağı tövsiyə edir. Sızanaq və iltihaba meyilli insanlar xüsusilə diqqətli olmalıdır.
Əl ilə yuyunmaq dəriyə təzyiqi tənzimləməyə imkan verir, bakteriya yayılmasını azaldır və dərinin qoruyucu baryerini qoruyur.












