ABŞ silahlı qüvvələri Suriyanın şimal-qərbində hava zərbəsi ilə İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qurumun verdiyi məlumata görə, əməliyyat iyunun 19-da Əli Hüseyn əl-Uləviyə qarşı keçirilib. Hadisənin konkret yeri və digər detallar gizli saxlanılır.












