Rusiyalı İT mütəxəssisi Denis Zaxarov Tailandda polisə müraciət etdikdən sonra yoxa çıxıb.
43 yaşlı Denis mayın 25-də Tailanda gəlib və Panqan adasında istirahət edib. Lakin onun sənədləri, pulu və telefonu oğurlanıb.
Bangkokda polisə müraciət edən Zaxarova polislər Rusiya səfirliyinə getmək üçün pul veriblər. O, andan sonra itkin düşüb.
Hadisə ilə bağlı araşdırma davam edir.












