Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda silahlı şəxs atəş açıb.
Hadisə Kadelli Dörtler məhəlləsində baş verib. Şübhəli M.Ö. restorana daxil olaraq silah işlədib.
Restoran sahibi Sabri Pan xəstəxanada, işçi Ahmet Ercan Can isə hadisə yerində ölüb.
Qaçan şəxs Kaburgediği məhəlləsində Yusuf Oktayı, Yenimahalle'de isə Abdullah Kocanı öldürüb.
Daha 8 nəfər yaralanıb. Polis helikopterlərlə geniş əməliyyat aparır.












