Tayvan Hərbi Hava Qüvvələrinə məxsus "T-34" qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Hadisə nəticəsində hər iki pilot həlak olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qəza iyunun 2-də yerli vaxtla səhər 8:08-də baş verib.
Qanşan aviabazasından qalxan təyyarənin mühərriki sıradan çıxıb və uçuş-enmə zolağının şimal hissəsinə çırpılıb.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.












