İran ABŞ ilə sövdələşmə bağlandıqdan sonra xaricdəki dondurulmuş aktivlərinin yarısının dərhal bərpa olunmasını tələb edir.
Oxu.Az xəbər verir ki, bunu "Mehr" agentliyinə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Kazım Qəribabadi deyib.
Onun sözlərinə görə, İran aktivlərinə tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasını tələb edir: "İranın minimum tələbi ondan ibarətdir ki, bu vəsaitlərin 50%-i anlaşma memorandumu imzalandıqdan dərhal sonra İrana köçürülsün".
XİN rəsmisi İranla ABŞ arasında sazişin yekun variantı üzərində işlərin davam etdiyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, müqavilənin mətni yalnız rəsmi Tehran nəticədən razı qaldıqda təsdiqlənəcək.












