ABŞ-nin Luiziana ştatında qəribə bir hadisə baş verib. Sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs polisdən qaçmaq istəyərkən timsahın hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, hadisə Cefferson-Periş dairəsində qeydə alınıb. Polis 40 yaşlı Viktor Rivası saxlayıb, lakin o, qaçaraq bataqlıq əraziyə yönəlib.
Gizlənməyə çalışan Rivasa timsah hücum edib. O, canavardan qurtulsa da, xəsarət alıb və polis tərəfindən ələ keçirilib.
Sərxoş sürücü xəstəxanaya çatdırılıb, müalicədən sonra nəzarətə götürülüb.












