ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonda Müstəqillik Bəyannaməsinin 250-ci ildönümü tədbirində çıxış edərək ölkəsinin yaxın vaxtlarda Marsa idarəolunan uçuş həyata keçirə biləcəyini bildirib.
Tramp, "Biz çox yaxında Marsa yollanacağıq. Ayı fəth edib daha da irəli gedəcəyik. Sonra istiqamətimiz Mars olacaq" deyə qeyd edib.
O, həmçinin ABŞ Kosmik Qüvvələrinin yaradılmasının vacibliyini vurğulayaraq, kosmos sahəsində Çin və Rusiyaya qarşı üstünlük qazandıqlarını iddia edib.
NASA rəhbəri Cared Ayzekman, 2032-ci ilə qədər Ayda daimi stansiya qurmağı, 2040-cı ilə qədər isə Marsa uçuş planlaşdırdıqlarını açıqlayıb.












