ABŞ Prezidenti Donald Tramp Ağ Evə qarşı planlaşdırılan hücum cəhdi ilə bağlı məlumatı olmadığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bu açıqlama verib.
"Xeyr, bu barədə heç nə eşitməmişəm. Mənim şahidi olduğum tək hücum UFC döyüşçülərinin iştirakı ilə olub", - deyə Tramp zarafatyana əlavə edib.
"Fox News" kanalının məlumatına görə, ABŞ hüquq-mühafizə orqanları iyunun 15-nə keçən gecə Ağ Evin ərazisində keçirilən UFC turnirinə hücum cəhdinin qarşısını alıb. Polis 5 nəfəri həbs edib, ümumilikdə 23 nəfər işlə əlaqələndirilir.












