ABŞ Prezidenti Donald Tramp, ölkənin Ali Məhkəməsinin doğumla vətəndaşlıq praktikasını qüvvədə saxlayan qərarını "Çinin qələbəsi" adlandırıb.
Tramp "Truth Social" platformasında yazıb: "Doğumla vətəndaşlıq məsələsində qazandığı böyük qələbəyə görə sədr Sini və Çin xalqını təbrik edirəm."
O daha əvvəl bildirmişdi ki, bu hüquq yalnız qanuni əsaslarla ölkədə yaşayanların uşaqlarına aid olmalıdır.
Tramp iddia edir ki, Çindən varlı şəxslər bu yolla övladlarına ABŞ vətəndaşlığı alır.
Ali Məhkəmə isə onun təşəbbüsünü konstitusiyaya zidd hesab edib.












