ABŞ Prezidenti Donald Tramp İranla saziş əldə olunduğunu açıqlayıb.
O, Truth Social platformasında yazıb ki, Tehranla razılıq əldə olunub və hamını təbrik edib.
Tramp dəniz blokadasının ləğvi barədə əmr verib, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpa olunduğunu bildirib.
“Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm”, – Tramp qeyd edib.












