ABŞ Prezidenti Donald Tramp İranla sazişin imzalandığını və Hörmüz boğazının qismən açıldığını bəyan edib. O, iyunun 19-da boğazın tam açılacağını qeyd edib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, Tramp bu açıqlamanı G7 sammiti üçün getdiyi İsveçrədə edib.
"Saziş tam imzalanıb. Hörmüz boğazı artıq qismən açıqdır. Gəmilər hərəkətə başlayıb. Cümə günü tam açılacaq. İranla çox yaxşı anlaşdıq", - deyə Tramp bildirib.
Memorandumu elektron formada Tramp, vitse-prezident Vens və İran parlamentinin sədri Qalibaf imzalayıblar. CNN və Axios jurnalisti Barak Ravid bu barədə məlumat yayıb.
Tramp Fransa Prezidenti Makronla görüşündə memorandumu təsdiqləsə də, təfərrüatı açıqlamayıb. Rəsmi imzalanma mərasimi iyunun 19-da Cenevrədə olacaq.












