İran millisinin kapitanı Mehdi Taremi, Yeni Zelandiya ilə matç öncəsi mətbuat konfransında jurnalistlərin yalnız siyasi suallar verməsindən narazı qalıb.
ESPN-in məlumatına görə, Taremi futbol sualları gözlədiyini, lakin heç birinin verilmədiyini bildirib.
"Sabah bizi əla komanda ilə oyun gözləyir. Heç kim mənə futbolla bağlı sual vermədi. Siyasi suallar üçün başqa ünvanlar var", - deyə o qeyd edib.
Taremi Yeni Zelandiyaya böyük hörmət bəslədiklərini və oyunun uğurlu keçməsini arzuladıqlarını vurğulayıb.












