İran və ABŞ nümayəndələri iyunun 14-də hərbi əməliyyatların dayandırılması haqqında memorandumu elektron formada imzalayıblar.
ABŞ vitse-prezidenti Cey. Di. Vens "ABC News"-ə müsahibəsində bildirib ki, razılaşma İranın aktivlərinin dondurulmasının ləğvini nəzərdə tutmur.
"Biz dünən müqaviləni elektron imzaladıq, İranın heç bir pulu azad edilməyib", - deyə Vens qeyd edib. O, sənədin tam mətninin bu həftə dərc olunacağını əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılığın əldə olunduğunu bəyan etmişdi.












