Ağ Evin ərazisində keçirilən "UFC Freedom 250" turniri qalmaqallı anlarla yadda qalıb.
Gənc döyüşçü Coş Hokit, ikinci raundda Derrik Lyuisi nokaut etdikdən sonra, ABŞ prezidenti Donald Trampa boyunbağı hədiyyə edib.
Daha sonra mikrofonu götürən Hokit, "Mişel Obama əslində kişidir" deyərək, sabiq birinci xanımı hədəf alıb. Bu sözlər bəzi tamaşaçılar tərəfindən alqışlansa da, əksəriyyət təəccüblə qarşılayıb.












