Azərbaycan BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçilib.
İyunun 15-də Nyu-Yorkda keçirilən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclasında professor Fuad Zərbiyev 131 dövlətin dəstəyini qazanaraq komitəyə seçilib.
Komitə 18 müstəqil ekspertdən ibarətdir və paktın icrasına nəzarət edir.












