ABŞ Prezidenti Donald Tramp İrana sərt xəbərdarlıq edib. O bildirib ki, 60 gün ərzində razılaşma əldə olunmasa, hərbi əməliyyatlar bərpa olunacaq.
Fransanın Evian şəhərində keçirilən mətbuat konfransında çıxış edən Tramp deyib: "Razılaşma tam istədiyimiz kimi oldu. İranla razılığa gələ bilməsəydik, onları daha iki il bombalaya bilərdik. Əgər 60 gün ərzində razılıq əldə olunmasa, yenidən bombardmana başlayacağıq".
Anlaşma memorandumunun bir nüsxəsini İsrailə də göndərdiklərini bildirən ABŞ prezidenti Netanyahu haqqında da danışıb: "Netanyahu bəzən bir az həddindən artıq həyəcanlanır, lakin o, yaxşı tərəfdaşdır. İsrail 'Hizbullah' məsələsində daha yaxşı nəticə göstərə bilərdi".
Tramp vurğulayıb ki, əldə olunan memorandum yekun razılaşma deyil: "Əgər gedişatdan məmnun qalmasam, hərbi əməliyyatları yenidən bərpa edəcəyik".












