ABŞ Prezidenti Donald Tramp, İŞİD-in rəhbərliyindəki ikinci adam olan Əbu Bilal əl-Minukinin öldürüldüyünü elan edib.
Tramp 'TruthSocial' hesabında yazıb: 'Cəsur ABŞ Ordusu və Nigeriya Silahlı Qüvvələri dünyanın ən aktiv terrorçusunu məhv etdi.'
Əməliyyat Nigeriyada həyata keçirilib. Tramp Nigeriya hökumətinə təşəkkür edib.












