ABŞ Prezidenti Donald Trampın oğullarının şərik olduğu "Dominari Securities" investisiya şirkəti Qazaxıstanda volfram hasilatı şirkətinin 20% hissəsinə sahibdir.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.
Söhbət 2025-ci ilin noyabrında Qazaxıstanda volfram yataqlarının birgə işlənməsi haqqında "Tau-Ken Samruk" ilə saziş imzalayan "Kaz Resources" şirkətindən gedir.
Erik və Donald Tramp qardaşlarının pay sahibi olduğu "Dominari Securities" investorları layihədə 20% pay əldə edib.
Eyni zamanda, ABŞ ticarət naziri Hovard Latnikin oğulları Brendon və Kaylın rəhbərlik etdiyi "Cantor Fitzgerald" investorlardan birinə layihə üçün 210 milyon dollar toplamağa kömək edib.
Trampın oğulları layihəyə 6 noyabr 2025-ci ildə Vaşinqtonda saziş imzalanmasından altı gün əvvəl sərmayə qoyublar.












