ABŞ Prezidenti Donald Tramp, Britaniya Baş naziri Kir Starmeri "yaxşı insan" adlandırıb, lakin onun energetika və miqrasiya problemləri olduğunu vurğulayıb.
Oxu.Az xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı səsləndirib. O, Starmeri özünün dostu hesab etdiyini də bildirib.
"O, həqiqətən yaxşı insandır. Müəyyən mənada mənim dostumdur. Onun iki əsas problemi var - energetika və miqrasiya. Həmçinin cinayətkarlıq. Lakin ilk növbədə məhz energetika və miqrasiyadır", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, Kir Starmer istefası barədə bir gün əvvəl məlumat verib. O, çıxışında bütün qərarlarının ölkəsinin maraqlarına əsaslandığını bildirib.












