ABŞ Prezidenti Donald Tramp, Ali Xameneinin vida mərasimi səbəbindən İranla danışıqlara bir həftə fasilə verildiyini açıqladı.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Onlar razılığa gəlmək üçün can atırlar. Çarəsiz şəkildə razılaşmaq istəyirlər. Vida mərasimi səbəbindən onlara bir həftə vaxt verdik", - deyə Tramp Cənubi Dakota ştatında çıxışında vurğulayıb.
Qeyd edək ki, dünən Tehranda Ali Xameneinin vida mərasimi başlayıb.












