2024-cü ilin iyulunda ABŞ Məxfi Xidməti Donald Trampa qarşı sui-qəsd cəhdini önləməkdə aciz qalıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş müfəttişliyinin hesabatında bu nöqsanlar təfərrüatı ilə açıqlanıb.
Hesabata görə, Məxfi Xidmət Tomas Kruksun hücum cəhdini müəyyənləşdirmək, ona mane olmaq fürsətlərini qaçırıb.
Xüsusilə, xidmət personalı Kruksun dronla ərazini izləməsini fərq etməyib. Bu, əməkdaşların zəif hazırlığı və texniki avadanlıqdakı qüsurlarla əlaqələndirilib.
Həmçinin yerli hüquq-mühafizə orqanları ilə ortaq əməliyyat qərargahı qurulmayıb, şübhəli davranışlar barədə məlumatlar ötürülməyib.
Trampa sui-qəsd cəhdi 13 iyul 2024-də baş verib. O, yüngül yaralanıb, güllə qulağını sıyırıb. Hücumçu Tomas Metyu Kruks olay yerində zərərsizləşdirilib.












