Türkiyənin Kahramanmaraş bölgəsində çoxmənzilli binada yanğın baş verib.
Hadisə nəticəsində üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Əraziyə çox sayda yanğınsöndürmə qüvvəsi göndərilib və yanğın tez bir zamanda nəzarət altına alınıb.
Hadisə zamanı tüstüdən zərər çəkən daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












