Türkiyədə arxeoloqlar İsa Məsihin III əsrə aid saqqalsız freskasını aşkar ediblər. Bu nadir təsvir "Daily Star"ın məlumatına görə, qədim Nikeya (indiki İznik) şəhərində bir məqbərənin altında tapılıb.
Roma üslubunda çəkilmiş freska mükəmməl vəziyyətdədir. İsa Məsihin saqqalsız təsviri ənənəvi obrazdan fərqlənir və olduqca qeyri-adidir.
Xaç simvolu yayılmamışdan əvvəl xristianlığın əsas simvolu "Yaxşı Çoban" olub. Erkən freskalarda İsa peyğəmbər çiyinlərində quzu daşıyan gənc çoban kimi təsvir edilirdi.












