Türkiyənin Zonquldaak bölgəsində bir kömür mədənində uçqun baş verib.
Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Dağıntılar altında qalan şəxs ağır yaralı halda xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Bildirilir ki, qəzanın baş verdiyi mədən lisenziyasız fəaliyyət göstərib.












