Türkiyənin 32 vilayətində qanunsuz mərc oyunlarına qarşı keçirilən genişmiqyaslı əməliyyatda 116 şübhəli saxlanılıb.
DHA agentliyinin məlumatına görə, şübhəlilərin idarə etdiyi qanunsuz mərc saytlarında son 10 ildə tranzaksiya həcmi təxminən 40 milyard lirəyə çatıb.
18 ay davam edən texniki və fiziki müşahidə nəticəsində "qanunsuz mərc oyunlarının təşkili" və "cinayət törətmək məqsədilə mütəşəkkil cinayətkar dəstə yaratmaq" maddələri üzrə ittihamlar irəli sürülüb.
2016-2026-cı illəri əhatə edən araşdırmalarda iki qanunsuz mərc saytı müəyyən edilib. Platformalar vasitəsilə cinayətkar şəbəkə qurulduğu üzə çıxıb.
Sinxron əməliyyatla 140 şübhəlidən 116-sı saxlanılıb. 12 nəfər xaricdə olduğu üçün axtarışları davam edir.
Axtarışlarda çoxlu sayda rəqəmsal avadanlıq və pul müsadirə olunub.












