Türkiyənin "Karsan" şirkətinin istehsal etdiyi pilotsuz avtobus İsveçin Höteborq şəhərində xəttə çıxdığı ilk gün qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Avtobusun məxsus olduğu "Vasttrafik" şirkətinin rəsmi nümayəndəsi Patrik Çi bildirib ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil əyləci sıxıb və arxadan gələn tramvay ona çırpılıb.
Onun sözlərinə görə, bu hadisə şəhər infrastrukturunda pilotsuz ictimai nəqliyyatın tətbiqi ilə bağlı sualları yenidən gündəmə gətirib. Qurumun rəsmi təmsilçisi əlavə edib ki, toqquşmanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.












