Rusiyanın Sevastopol şəhərində yerləşən "Sevastopolun müdafiəsi 1854-55-ci illər" panorama binası Ukrayna Silahlı Qüvvələrinin PUA hücumuna məruz qalıb.
Sevastopol qubernatoru Mixail Razvojayevin "Telegram" kanalında verdiyi məlumata görə, muzey binasına dron dəydikdən sonra damda yanğın başlayıb. Yanğına 4-cü dərəcə verilib.
Razvojayev qeyd edib ki, tarixi panorama faktiki olaraq məhv edilib. Hadisə yerində 83 nəfər və 22 texnika cəlb edilib.












