Bond.az White LogoBond.az Black Logo

Ukrayna Moskvanı yanacaqla təmin edən stansiyanı vurdu

Ukrayna Təhlükəsizlik Xidməti bir ay ərzində ikinci dəfə Moskvanı yanacaqla təmin edən Vtorovo neftvurma stansiyasına dronlarla zərbə endirdi.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bir ay ərzində ikinci dəfə Rusiyanın Vladimirovsk vilayətindəki "Vtorovo" neftvurma stansiyasına dronlarla zərbə endirib. Stansiya Moskvayanacaqla təmin edir.

Bu barədə Oxu.Az Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı Rusiyaya təsir göstərmək üçün 40 günlük əməliyyat çərçivəsində UTX-nin "Alfa" qoşunları Vladimirovsk vilayətindəki "Vtorovo" xətti istehsal və dispetçer stansiyasına uğurlu zərbələr endiriblər", - deyə məlumatda bildirilib.

Bu stansiya "Transneft-Verxnyaya Volqa" ASC-nin strukturuna daxildir, ixrac limanlarına və daxili istehlakçılara yüngül neft məhsullarının vurulması (nəqli) üçün əsas logistika mərkəzidir.

"Vtorovo" üzərindən dizel yanacağının Moskvanın "Koltsevoy" (halqavari) neft məhsulları boru kəmərinə, oradan da Moskva ətrafındakı böyük neft anbarlarına nəqli həyata keçirilir.

Stansiya, həmçinin Baltik dənizi limanları vasitəsilə ixrac üçün neft məhsullarının tədarükünü təmin edir.

İlkin məlumata görə, UTX-nin PUA-ları (pilotsuz uçuş aparatı - dron) obyektin texniki binasına zərbə endirib və bundan sonra partlayış baş verib.

Xatırladaq ki, "Vtorovo" neftvurma stansiyasına ilkin hücum iyunun 10-da olub.

Bundan əlavə, Rusiyanın Vladimirovsk vilayətindəki "Lobkovo" stansiyası da həmin vaxt zərbəyə tuş gəlib.

Hər iki neftvurma stansiyasının yerləşdiyi ərazilərdə yanğınların göstəricisi olan termal (istilik) anomaliyalar qeydə alınıb.

Həmçinin mayın 24-də də "Vtorovo"ya zərbə endirilməsi barədə məlumat verilmişdi.

Digər Xəbərlər
Bu gün / 00:01
|
892

Tramp: Yer kürəsini çiynimdə daşıyıram

Donald Tramp süni intellektlə yaradılmış şəkildə özünü Yer kürəsini daşıyan nəhəng kimi göstərib. Foto Truth Social-da paylaşılıb.

0
Bu gün / 00:01
|
200

Argentina 'qızıl pasport' proqramını tətbiq edəcək

Argentina varlı əcnəbilər üçün 'qızıl pasport' proqramını tətbiq edir. 500 min dollara vətəndaşlıq.

0
Dünən / 23:31
|
856

Ukrayna hakerlərdən 8.3 milyon USDT ələ keçirdi

Ukrayna beynəlxalq haker qruplaşmasından 8.3 milyon USDT dəyərində kriptovalyuta aktivlərini ələ keçirib.

0
Dünən / 22:30
|
793

Yaponiyada 6 bal güclü zəlzələ oldu

Yaponiyada 6 bal güclü zəlzələ baş verib. Honsyu adası sahillərində qeydə alınan zəlzələ nəticəsində sunami təhlükəsi yoxdur.

0
Dünən / 21:31
|
739

Venesuelada 5.4 maqnitudalı zəlzələ

Venesuelada 5.4 maqnitudalı zəlzələ baş verib, episentr Karakasdan 60 km qərbdə. Dağıntı barədə məlumat yoxdur.

0
Dünən / 21:01
|
569

İsrail Haniyenin qardaşı oğlunu vurdu

İsrail ordusu HƏMAS-ın keçmiş rəhbəri İsmayıl Haniyenin qardaşı oğlunu Qəzzada məhv etdi. Detallar üçün Bond.az saytında.

0
Dünən / 20:31
|
230

Paris morqları doldu: Anom istilər ölümü artırdı

Parisdə anom istilər ölümü artırdı, morqlar doldu. Fransa və Avropada isti dalğasının təsirləri haqqında məlumat.

0
Dünən / 20:01
|
352

Venesuelada zəlzələ qurbanlarının sayı 1430-a çatdı

Venesuelada iyunun 24-də baş verən 7.2 və 7.5 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 1430-a çatdı, 3238 nəfər yaralandı.

0
Dünən / 20:00
|
741

Danimarkada 150 ilin ən isti günü qeydə alındı

Danimarkada son 150 ilin ən isti günü qeydə alındı. Temperatur 36.6 dərəcəyə çatdı.

0
Dünən / 19:01
|
914

İsrail Livandan çıxmaq üçün şərti açıqladı

İsrail müdafiə naziri İsrael Kats, Hizbullah tərk-silah edilənədək ordunun Livandan çıxarılmayacağını açıqlayıb.

0
Dünən / 19:00
|
872

Tramp Alyaskada Putinlə razılaşmalardan imtina edə bilər

Tramp Putinlə Ankoricdə əldə olunan razılaşmalardan imtina edə bilər. G7 sammitində Trampın məyusluğu və digər liderlərin şübhələri.

0
Dünən / 18:01
|
298

Pakistanın Kəraçi şəhərində atışma və partlayış

Pakistanın Kəraçi şəhərində atışma və partlayış baş verib. Hadisə yerinə polis xüsusi təyinatlıları gəlib, ölən və yaralanan barədə məlumat yoxdur.

0
...
Ukrayna Moskvanı yanacaqla təmin edən stansiyanı vurdu | Bond.az